Bizi iranlılaştıran dəyərlər….Yasemen Qaraqoyunlu

Yasemen Qaraqoyunlu - azerb bayraq

Yasemen Qaraqoyunlu

——Bizi Iranlılaşdıran(Farslaşdıran) 3 dəyər var. 1. Tariximiz millət tarixi deyil, cografiya tarixidir. Bu tarix belə səhv yazılmışdır. İran-fars mərkəzli tarix anlayışına əsaslanır. Halbuki bu cografiyada çoxlu mədəniyyətlər qurulmuşdur, yalnız İran mədəniyyəti qurulmamışdır. İran mədəniyyəti də Rus mədəniyyəti kimi işğalçıdır. Yəni İranlılar da bu cografiyanı işğal etmişlər. Bəs niyə tariximiz İran mərkəzli tarixdir. Azərbaycanlı kimdir. İran tarix anlayışı və kimliyi ilə böyüyən insan tipi? 2. Biz Fars məzhəbinə inanırıq. İslam tarixi içində Şiyəlik daha çox Fars millətinin İslam modelidir. Azərbaycanlı kimdir. İran islam modelinə inanan insan tipi? 3. Fəlsəfə tariximizi oxuyaq. Fəlsəfəni millət yaradır, cografiya yox. Fəlsəfəmiz də hazırda bizə hakim olan Sovet Tarix konsepsiyası-İran mərkəzli baxış əsasında yazılıb. Fəlsəfə ağıla, din vicdana, ədəbiyyat Ruha hökm edər. Aglımız( varlıq haqqında dünyagörüşümüz, biliklərimiz), Ruhumuz və Vicdanımız İranlılaşıbsa, Ruhumuza və Vicdanımıza İran dəyərləri hökm edirsə Biz kimik? Hanı bizim Türk vicdanımız, ruhumuz? Bir Millətin tarixi, dini, fəlsəfəsi İran-Fars konseptinə əsaslanırsa o millət kimdir? Etnik baxımdan biz türkük. Amma ideologiyamız Fars ideologiyasıdır. Dünyagörüşümüz fars dünyagörüşüdür. Azərbaycanlı- İran-Fars düşüncəli, İran ideologiyasına xidmət edən Türk insan tipi. Türkləşmək-düşüncə devrimi etməklə Türk Renessansını başlamaq deməkdir. Avropa -German tayfaları V-XV əsrdəki qaranlıq tarixlərindən xilas olmaq üçün düşüncələrinə hakim olan Latın dilindəki Yəhudi-xristian- anlayışını bir kənara itələyərək Yunan fəlsəfəsinə və dəyərlərinə sarıldılar və yeni, çağ başlatdılar. Bu yeni çağ Modernizm çağı idi. German irqinin yüksəlişinə və kürəsəl hakimliyinə əsaslanan Modernizm çağı… Biz Azərbaycan Türkləri, Səlcuqlulardan başlayaraq bu günə qədər zaman-zaman iranlılaşdıq və Türklüyümüzü itirdik. Bütün məglubiyyətlərimizin kökündə bu durur. Cümhuriyyət dövrü və maarifçilik dövründə Türklüyə qayıtdıq və bir Azərbaycan(Yapon möcüzəsi ilə müqayisə et) möcüzəsi yaratdıq.Rus işğalı bu prosesi dayandırdı. Yeni yüksəlişimiz bütün dəyərlərdə, Tarix anlayışında, din və ideologiyada, Fəlsəfədə Türkləşməklə mövcuddur. İran dəyərləri və ideologiyası Türk millətinin qanını və vicdanını zəhərləyərək onu öldürmüşdür. Bu gün Turan yoxdur. Turan mədəniyyəti və sivilizasiyası yoxdur. Xorasan,Azərbaycan,İkiçayarası Türkləri İran fars kültürü üçün gübrə rolu oynayırlar(Şpenqlerin nəzəriyyəsi. Əsir xalqların mədəniyyəti hakim xalqların mədəniyyəti üçün gübrə funksiyası yerinə yetirir) İran kültürü Turanı asimilyasiya edərək yox etmişdir. İran kültürü zəfər qazanmışdır. Yeni yüksəlişimiz Turana, Turan ideologiyasına, Fəlsəfəsinə əsaslanmaqla mümkün olacaqdır. Turan mədəniyyəti Qərb, Slavyan, İran mədəniyyətlərindən fərqlidir. Yeni yüksəliş Azərbaycandan başlanacaqdır. Yeni yüksəliş Azərbaycanda İranlılaşmış Azərbaycanlı İnsan tipini Türkləşmiş Azərbaycanlı insan tipinə çevirməklə başlayacaqdır. Mədəniyyətimizin. fəlsəfəmizin, təhsilimizin idealı bax bu insan tipini yaratmaq olmalıdır. Öz yolumuzu müəyyənləşdirməliyik. Nə Qərbləşmək, Nə Ruslaşmaq,Nə İranlılaşmaq bizim yolumuz deyil. Tarixdə hər xalqın və mədəniyyətin öz yolu, izi olur. Yolunu kayb edənlər Tarixi sürəclərdə itib-batıb yox olur. Dövlətlərin də, xalqların da, mədəniyyətlərin də öz xarakteri, yolu olur. İndiki Azərbaycanlı tipi Ruslaşmış, Avropalaşmış, Ərəbləşmiş,İranlılaşmış eklektik dünyagörüşlü, aşağı kompleksli, düşmənə məğlub olmuş, seçki saxtakarlığı edə bilən, rüşvət ala bilən, sosial əxlaqı olmayan, hüquq cəmiyyəti qura bilməyən, gücə söykənən, yalnız ailəni müqəddəs tutan, Namus anlayışına dövləti, milləti, cəmiyyəti deyil qadını daxil edərək bu müqəddəs anlayışı məhdudlaşdıran, dar coğrafiya anlayışına məhkum olan regionçu, tayfabaz, klan təfəkkürü ilə dövlətləşən, millətləşə bilməyən İranlı Azərbaycanlıdır… Davam edimmi… soydaşlarım özümüzü dəyişdirərək yeni yüksəlişlərə başlamaq üçün sosial devrimlərə başlamalıyıq. Düşüncə və mənəviyyat devrimlərinə. Mən bilərəkdən yazmıram ki, siyasi devrimə başlayaq yəni hakimiyyəti dəyişək. Çünki bilirəm ki, hakimiyyət dəyişikliyi kosmetik dəyişiklik olacaqdır, əgər onun arxasında dərin sosial-kültürəl dəyişiklik prosesi olmayacaqsa…Əsas olan milləti dəyişməkdir, Kamilləşdirməkdir. Düşüncələri dəyişməkdir. Zərrə -zərrə, mərhələ, mərhələ.

Hadi dostlarım fikrimi tənqid edin, məni düşmən elan edin, top atəşinə tutun…


Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir