Tarixdə və bu gün Türk dövlətləri

1.1. Tarixdə və bu gün Türk dövlətləri - turk geleneksel erkekleri

1.1. Tarixdə və bu gün Türk dövlətləri

Bəşər tarixinin ən qədim və qədim dövrləri əsasən əfsanə, mif, rəvayət və hekayətlərə dayanır. Ona görə də tarixlə əfsanə, mif, rəvayət və hekayətlər bir-birinə qarışmış və hətta qədim Yunan dilində işlənən “Historia” (İstoriya) kəliməsi əslində bugünki “Tarix” anlamında deyil, məhz “hekayət” anlamında işlənmişdir.

Insan oğlunun hafizəsində yaşayan bu əfsanə, mif, rəvayət və hekayətlər sonradan “Tarix” adı ilə kitablardan kitablara keçmiş, ayrı-ayrı xalqlara məxsus əfsanə və miflər Yəhudilər, Yunanlar, Farslar və başqaları tərəfindən özəlləşdirilərək ayrı- ayrı xalqların böyük tarixi şəxsiyyətləri belə ad dəyişikliyinə uğradılmış, onlara məxsus məziyyətlər mənimsənilmiş, özününküləşdirilmişdir. Bu baxımdan ən çox itirən biz Türklər olmuşuq.Ulu babalarımızın yaratdıqları qədim maddi və mənəvi mədəniyyətimizi başqaları mənimsəyərək öz adlarına çıxmış, tarixi şəxsiyyətlərimizə aid xüsusiyyətlər özgələrin adina yazılmış, “Tarix yaradan” bir milləti “Tarixi olmayan” bir millət kimi qələmə verməyə çalışırlar.

Tarix yalanları və boşluqları sevməyən bir elmdir. Yalan və boşluqlarla dolu bir tarix tarix deyil, cəfəngiyatdır. Qədim Yəhudilər, Farslar və Yunanlar tarixi pəri məsəlləri ilə dolduraraq əfsanələr, rəvayətlər tarixi yaratmiş və bunu tarixi həqiqət kimi insanlığa sırımışlar. Bütün bunların nəticəsidir ki, ən qədim və qədim dövr tarixi yalanlar sferasında firlanan əfsanələr və miflər bataqlığında itib batmışdır. Ona görə də Türklərin real tarixi, onların yaratdığı müəzzəm maddi və mənəvi, milli və bəşəri mədəniyyət nümunələri öncə Yəhudi, Yunan və xususilə Fars mif və əfsanələrinin içində əriyib özgələşmişdir. Bunu nəzərə alan məşhur tarixçi və filosof Lev Qumilyov belə bir məntiqli fikir irəli sürmüşdür ki: “Mifin məlumatlarını yoxlayıb dədiqləşdirmək mümkün deyil. Bircə onu demek olar ki, mif elmə qarşıdır. Nə vaxt ki mif təntənə ilə qalib gəlir, onda elmin, həm də bütün bəşər mədəniyyətinin əsil tənəzzülü başlayır ” (Lev Qumilyov, Min il Xəzər ətrafında).

Tarixlərini miflər, əfsanələr, rəvayətlər üzərində quran xalqlar yalanı gerçəklik, əfsanələri real tarix kimi qələmə aldıqlarından onlar təkcə özgələrini deyil, özlərini də aldatmış, bununla da özlərini dolaşdıraraq bütün elmdə, mədəniyyətdə və siyasətdə geridə qalaraq son min ildə əsaslı bir dövlət qura bilməmiş, Türklərin kölgəsində yaşayaraq onların arasında öz mövcudluqlarını qoruyub saxlamış, başqalarına güvənərək Türkləri içindən yeyə- yeyə nəhayət XX əsrdə öz dövlətciklərini qurmuşlar.

“Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz” – deyən Nizami bununla sanki farsların tarixini mif və əfsanələr üzərində quran “Şahnamə” müəllifi fars şovinisti Firdovsiyə cavab olaraq bildirmişdi ki, əslində Firdovsi xalqını elə bir bataqlığa sürükləmişdir ki, onun bu xurafat bataqlığından çıxması axirətə qalıb.

Dünyada Türkün tarixi qədər böyük tarix, Türklərin tarixi qədər də dolaşdırılmış bir tarix yoxdur. Tarixi şəhid qanı ilə yaradan bir millətin tarixinə belə etinasız və düşməncəsinə yanaşmaq təkcə tarix elminə deyil, o tarixə belə münasibət bildirən tarixçilərin özlərinə də bir ləkədir. Çünkü tarix ictimai bir elm olmaqla yanaşı, həm də dəqiq elmdir. Çünki o, həm təbiəti, həm cəmiyyəti, həm də təbiət və cəmiyyətdə baş verən hadisələri öyrənən və öyrədən bir elmdir. Tarix elmi dəqiq məlumatlara , maddi və mənəvi sübutlara, arxeolojı, etnoqrafik tapıntılara, dil faktlarına əsaslanmalıdır. Burada hər hansı bir saxtakarlıq, qərəzçilik təkcə hər hansı bir xalqa, millətə deyil, bütövlükdə insanlığa olan saxtakarlıq, qərəzçilikdir.

Yəhudilərin, Yunanların, Farsların Türklərə qarşı bu saxtakarlığını, qərəzçiliyini sonraki bir çox xristian təəssubkeşi olan Avropa tarixçiləri də davam etdirmişlər. Bu saxtakar, qərəzçi tarixçilərə sovet dövrü Azərbaycan tarixçilərinin də böyük bir qismi qoşulmuş, Azərbaycan Türklərinin tarixini saxta və yalan məlumatlarla dolduraraq xalqımızın qədim, orta əsr və Sovet dövrü tarixini Sovet ideologiyasına qurban vermişlər. Çox təəssüflər olsun ki, bugünkü yaltaq, özünü “tarixçi” adlandıranlar da öz sələflərinin yolunu davam etdirərək Azərbaycanda son dövrlərdə baş vermiş hadisələri bir şəxsin adına yazaraq həqiqi tarixi saxtalaşdırmaqla məşğuldurlar.

Okumaya devam et  Türkler çıkartılsa ortada Tarih kalmaz

Əsirlərcə tarix elmindən Türkün əleyhinə yaramaz məqsədlər üçün istifadə edən Türk düşmənləri, elmdə heç bir sərişdəsi olmayan bu əbləhlər unudurlar ki, Türklər dünyanın ən sayılan xalqlarından belə fərqli olaraq mədəniyyətin ən yüksək forması sayılan onlarla dövlət və imperatorluqlar yaratmışlar.

Türklər tarixən mövcud olan əksər dövlət sistemlərindən istifadə etmişlər. Tarixə bəlli 25 imperatorluq, 150 dövlət, 10 Muxtar Respublika və 5 Muxtar Vilayət yaradan, tarixin heç bir dövründə dövlətsiz olmayan bir milləti “Tarixi olmayan bir millət” adlandırmaq təkcə düşmənçilik deyil, həm də bütün insanlıq tarixi adına bir ləkədir. Türkləri “ Tarixi olmayan bir millət ” adlandıranlara cavab olaraq Türklərin tarixən yaratdıqları dövlətlərin və imperatorluqların adlı tarixi xronolojı siyahısını çap etməyi gərəkli sayırıq.

Türk İmperatorluqları
1. Böyük Turan İmperatorluğu (“Tufan”dan əvvəl).
2. İkinci Böyük Turan İmperatorluğu (“Tufan”dan sonra eradan əvvəl VII əsrə qədər).
3. Saka (Skif) Böyük Turan İmperatorluğu (eradan əvvəl VIII – V əsrlər).
4. Midiya İmperatorluğu (eradan əvvəl VIII əsrin sonundan 550-ci ilə qədər)
5. Asiya Hun İmperatorluğu (eradan əvvəl IV əsrdən eramızın 48-ci ilinə qədər)
6. Böyük Hun İmperatorluğu (eradan əvvəl 204-cü ildən eramızın 216-cı ilinə qədər)
7. Avropa (Qərbi) Hun İmperatorluğu (374 – 469 cu illər)
8. Tabqaç İmperatorluğu (386 – 557-ci illər)
9. Ağ Hun (Eftalit) İmperatorluğu (420 – 562–ci illər)
10. Birinci Göy Türk İmperatorluğu (552 – 582–ci illər)
11. Doğu Göy Türk İmperatorluğu (582 – 630–cu illər)
12. Batı Göy Türk İmperatorluğu (582 – 630–cu illər)
13. Avar İmperatorluğu (563 – 803–cü illər)
14. Xəzər İmperatorluğu (650 – 985–ci illər)
15. İkinci Göy Türk İmperatorluğu (681 – 744–cü illər)
16. Uyğur İmperatorluğu (744 – 840–cı illər)
17. Böyük Səlcuqlu İmperatorluğu (1040 – 1157–ci illər)
18. Xarəzmşahlar İmperatorluğu (1097 – 1231–ci illər)
19. Türk – Moğol İmperatorluğu (1206 – 1368–ci illər)
20. Qızıl Orda İmperatorluğu (1236 – 1502–ci illər)
21. Osmanlı İmperatorluğu (1299 – 1922–ci illər)
22. Teymurlu İmperatorluğu (1368 – 1507–ci illər)
23. Səfəvilər İmperatorluğu (1499 – 1736–cı illər)
24. Babur (Türk – Hind) İmperatorluğu (1526 – 1858–ci illər)
25. Əfşarlar İmperatorluğu (1736 – 1763–cü illər)
Türk Dövlətləri.
1. Şumer şəhər dövlətləri (eradan əvvəl XXVIII – XXIV əsrlər)
2. Aratta dövləti (eradan əvvəl III minilliyin I yarısı)
3. Kuti dövləti (eradan əvvəl III minilliyin II yarısı)
4. Lullu dövləti (eradan əvvəl III minilliyin II yarısından II minilliyin başlanğıcına qədər)
5. Elam dövləti (eradan əvvəl 2240 – 2270–ci illər)
6. Manna Dövləti (eradan əvvəl I minilliyin əvvəllərindən VI əsrin əvvəllərinə qədər)
7. Adərbayqan dövləti (eradan əvvəl 323–cü ildən eramızın II əsrinə qədər)
8. Alban dövləti (eradan əvvəl I minilliyin əvvəllərindən eramızın VII əsrinə qədər)
9. Quzey Hun dövləti (48 – 156–cı illər)
10. Güney Hun dövləti (48 – 216–cı illər)
11. Birinci Çxao Hun dövləti (304 – 329–cu illər)
12. İkinci Çxao Hun dövləti (328 – 352–ci illər)
13. Quzey Lianq Hun dövləti (401 – 439–cu illər)
14. Hsia Hun dövləti (407 – 431–ci illər)
15. Lou – Lan Hun dövləti (442 – 460–cı illər)
16. Sabar dövləti (V – VII əsrlər)
17. Onoqur dövləti (V – VI əsrlər)
18. Tuqurkur dövləti (V – VI əsrlər)
19. Uturqur dövləti (V – VI əsrlər)
20. Doğu Tabqaç dövləti (534 – 557–ci illər)
21. Batı Tabqaç dövləti (534 – 557–ci illər)
22. Türkeş dövləti (717 – 766–cı illər)
23. Qarluk dövləti (766 – 1215–ci illər)
24. Qırğız dövləti (840 – 1207–ci illər)
25. Qaraxanlılar dövləti (840 – 1042–ci illər)
26. Şirvanşahlar dövləti (861 – 1086, 1120 – 1501–ci illər)
27. Tulunoğulları (Misir) dövləti (868 – 905–ci illər)
28. Sacilər dövləti (889 – 942–ci illər)
29. Leonq Şato Türk dövləti (907 – 923–cü illər)
30. Turfan Uyğur dövləti (911 – 1368-ci illər)
31. Tanq Şato Türk dövləti (923 – 936-cı illər)
32. Tsin Şato Türk dövləti (934 – 946-cı illər)
33. Oğuz Yabqu dövləti (X əsrin əvvəlindən 1000–ci ilə qədər)
34. İxşidilər dövləti (935 – 969–cu illər)
35. Salarilər dövləti (942 – 981-ci illər)
36. Qəznəlilər dövləti (969 – 1187-ci illər)
37. Şəddadilər dövləti (971 – 1075-ci illər)
38. Rəvvadilər dövləti (983 – 1060, 1107 – 1117-ci illər)
39. Doğu Qaraxanlı dövləti (1042 – 1211–ci illər)
40. Batı Qaraxanlı dövləti (1042 – 1212-ci illər)
41. Anadolu Səlcuqlu dövləti (1092 – 1307-ci illər)
42. Suriya Səlcuqlu dövləti (1092 – 1117-ci illər)
43. Kirman Səlcuqlu dövləti (1092 – 1187-ci illər)
44. İrak Səlcuqlu dövləti (1157 – 1194–cü illər)
45. Əyyubilər dövləti (1171 – 1348-ci illər)
46. Hindistan Türk dövləti (1206 – 1413–cü illər)
47. Misir Məmlük Türk dövləti (1250 – 1383–cü illər)
48. Elxanilər (Hülakülər) dövləti (1256 – 1358-ci illər)
49. Cəlairlər dövləti (1259 – 1410-cu illər)
50. Bessarabiya (Qaqauz) Türk dövləti (1330 – ?)
51. Qaraqoyunlu dövləti (1365 – 1469-cu illər)
52. Ağqoyunlu dövləti (1469 – 1508-ci illər)
53. Qacarlar dövləti (1747 – 1925-ci illər)
Atabəyliklər.
54. Şam (Suriya) Atabəyliyi (1117 – 1154–cü illər)
55. Mosul – Hələb Atabəyliyi (1127 – 1259-cu illər)
56. Azərbaycan Atabəyliyi (Eldənizlər) – (1146 – 1225-ci illər)
57. Fars (Salqurlular) Sunqur Atabəyliyi (1147 – 1284-cü illər)
Xanlıqlar.
58. Böyük Bulqar Xanlığı (630 – 665-ci illər)
59. Volqa Bulqar Xanlığı (665 – 1391-ci illər)
60. Dunay Bulqar Xanlığı (681 – 864-cü illər)
61. Peçeneq Xanlığı (860 – 1091-ci illər)
62. Uz Xanlığı (860 – 1068-ci illər)
63. Kuman Qıpçaq Xanlığı (IX – XIII əsrlər)
64. Kan – Çon Uyğur Xanlığı (905 – 1226-cı illər)
65. Özbək Xanlığı (1428 – 1599-cu illər)
66. Qazan Xanlığı (1437 – 1552-ci illər)
67. Kırım Xanlığı (1440 – 1812-ci illər)
68. Qasım Xanlığı (1445 – 1550-ci illər)
69. Həştərxan Xanlığı (1466 – 1554-cü illər)
70. Kaşqar Xanlığı (1472 – 1877-ci illər)
71. Noqay Xanlığı (1502 – 1765-ci illər)
72. Xivə Xanlığı (1511 – 1620-ci illər)
73. Sibir Xanlığı (1556 – 1600-cü illər)
74. Buxara Xanlığı (1599 – 1785-ci illər)
75. Xokand Xanlığı (1710 – 1876-ci illər)
76. Təbriz Xanlığı (1747 – 1781-ci illər)
77. Urmiya Xanlığı (1747 – 1763-cü illər)
78. Xoy Xanlığı (1747 – 1791-ci illər)
79. Maku Xanlığı (1747 – 1924-cü illər)
80. Marağa Xanlığı (1747 – 1785-ci illər)
81. Qaradağ Xanlığı (1747 – 1805-ci illər)
82. Sərab Xanlığı (1747 – 1751-ci illər)
83. Ərdəbil Xanlığı (1747 – 1791-ci illər)
84. Şəki Xanlığı (1747 – 1807-ci illər)
85. Qarabağ Xanlığı (1747 – 1805-ci illər)
86. Quba Xanlığı (1747 – 1813-cü illər)
87. Şirvan Xanlığı (1747 – 1805-ci illər)
88. İrəvan Xanlığı (1747 – 1828-ci illər)
89. Gəncə Xanlığı (1747 – 1804-cü illər)
90. Bakı Xanlığı (1747 – 1806-cı illər)
91. Talış Xanlığı (1747 – 1813-cü illər)
92. Lənkəran Xanlığı (1740 – 1828-ci illər)
93. Naxçıvan Xanlığı (1747 – 1820-ci illər)
94. Türkmənistan Xanlığı (1860 – 1885-ci illər)
Bəyliklər
95. Uyğur Bəyliyi (VIII əsr)
96. İzmirlilər Bəyliyi (IX əsr)
97. İzmir Bəyliyi (1081 – 1097-ci illər)
98. Efes Bəyliyi (1081 – 1090-cı illər)
99. Dilmaçoğulları Bəyliyi (1085 – 1192-ci illər)
100. Danişməndli Bəyliyi (1092 – 1178-ci illər)
101. Saltuklu Bəyliyi (1101 – 1409-cu illər)
102. Artuklu Bəyliyi (1101 – 1409-cu illər)
103. Əhlət Bəyliyi (1100 – 1207-ci illər)
104. İnallı Bəyliyi (1103 – 1183-cü illər)
105. Sökmənlilər Bəyliyi (1110 – 1207-ci illər)
106. Məngücüklü Bəyliyi (1118 – 1250-ci illər)
107. Ərbil Bəyliyi (1146 – 1232-ci illər)
108. Bərçəm Bəyliyi (XII əsr)
109. Yaruklular Bəyliyi (XII əsr)
110. Çobanoğulları Bəyliyi (1227 – 1309-cu illər)
111. Qarluk Bəyliyi (XIII əsr)
112. Qaramanoğulları Bəyliyi (1256 – 1483-cü illər)
113. İnancoğulları Bəyliyi (1261 – 1368-ci illər)
114. Sahib Ataoğulları Bəyliyi (1277 – 1322-ci illər)
115. Pərvanəoğulları Bəyliyi (1277 – 1322-ci illər)
116. Məntəşəoğulları Bəyliyi (1280 – 1424-cü illər)
117. Çandaroğulları (İsfəndiyaroğulları) Bəyliyi (1292 – 1462-ci illər)
118. Alaiyə Bəyliyi (1293 – 1463-cü illər)
119. Qarasioğulları Bəyliyi (1297 – 1360-cı illər)
120. Çermiyanoğalları Bəyliyi (1300 – 1429-cu illər)
121. Əşrəfoğulları Bəyliyi (1300 – 1326-cı illər)
122. Hamitoğulları Bəyliyi (1301 – 1423-cü illər)
123. Sarıxanoğulları Bəyliyi (1302 – 1410-cu illər)
124. Aydınoğulları Bəyliyi (1308 – 1426-cı illər)
125. Təkə Bəyliyi (1321 – 1390-cı illər)
126. Ərtanaoğulları Bəyliyi (1335 – 1381-ci illər)
127. Dulqədiroğulları Bəyliyi (1339 – 1521-ci illər)
128. Tacəddinoğulları Bəyliyi (1348 – 1423-cü illər)
129. Ramazanoğulları Bəyliyi (1352 – 1608-ci illər)
130. Dobruca Türk Bəyliyi (1354 – 1417-ci illər)
131. Qazi Bürhanəddin Əhməd Bəyliyi (1381 – 1398-ci illər)
Türk Cumhuriyyətləri, Muxtar Respublikaları və Muxtar Vilayətləri
132. Batı Trakya Türk Cumhuriyyəti (1913, 1915 – 1917, 1920 – 1923-cü illər)
133. Kiçik Başqırdıstan Cumhuriyyəti (1917 – 1919-cu illər)
134. Başqırdıstan Sovet Cumhuriyyəti (1919 – 1920-ci illər)
135. Azərbaycan Xalq Cumhuriyyəti (1918 – 1920-ci illər)
136. Başqırdıstan Muxtar Sovet Sosialist Respublikası (1920 – 1991-ci illərdə Rusiya Federasiyası tərkibində)
137. Tatarıstan Muxtar Sovet Sosialist Respublikası (1920 – 1991-ci illərdə Rusiya Federasiyası tərkibində)
138. Azərbaycan Sovet Sosialist Respublikası (1920 – 1991-ci illərdə SSRİ tərkibində)
139. Qazaxistan Sovet Sosialist Respublikası (1920 – 1991-ci illərdə SSRİ tərkibində)
140. Qırğızıstan Sovet Sosialist Respublikası (1920 – 1991–ci illərdə SSRİ tərkibində)
141. Özbəkistan Sovet Sosialist Respublikası (1920 – 1991–ci illərdə SSRİ tərkibində)
142. Türkmənistan Sovet Sosialist Respublikası (1920 – 1991–ci illərdə SSRİ tərkibində)
143. Türkiyə Respublikası (1923 – …)
144. Xatay Cumhuriyyəti (1938 – 1939 – cu illər)
145. Quzey Kipr Türk Respublikası (1974 – …)
146. Basqırdıstan Muxtar Respublikası (1991 – Rusiya Federasiyası terkibində)
147. Çuvaş Muxtar Respublikası (1991 – Rusiya Federasiyası tərkibində)
148. (Kabardin–Balkar Muxtar Respublikası (1991 – Rusiya Federasiyası tərkibində)
149. Kırım Muxtar Respublikası (1991 – Ukrayna Respublikası tərkibində)
150. Naxçıvan Muxtar Respublikası (Azərbaycan Respublikası tərkibində)
151. Saka (Yakut) Muxtar Respublikası (1991 – Rusiya Federasiyası tərkibində)
152. Tatarıstan Muxtar Respublikası (1991 – Rusiya Federasiyası tərkibində)
153. Tuva Muxtar Respublikası (1991 – Rusiya Federasiyası tərkibində)
154. Xakas Muxtar Vilayəti (1920 – Rusiya Federasiyası tərkibində)
155. Dağlıq Altay Muxtar Vilayəti (1920 – Rusiya Federasiyası tərkibində)
156. Qaraçay – Çərkəz Muxtar Vilayəti (1920 – Rusiya Federasiyası tərkibində)
157. (Sincan) – Uyğur Muxtar Vilayəti (1955 – Çin Xalq Respublikası tərkibində)
158. Qaqauz Muxtar Yeri (1993 – Moldoviya Respublikası tərkibində)
159. Azərbaycan Respublikası (1991 – …)
160. Qırğızıstan Respublikası (1991 – …)
161. Qazaxistan Respublikası (1991 – …)
162. Özbəkistan Respublikası (1991 – …)
163. Türkmənistan Respublikası (1991 – …)
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT

Okumaya devam et  TÜRK OLMAK MI?.. 2.Bölüm

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir