Kategoriler
Dünya

“Tək çözüm yolu Türkiyə Azərbaycan konfederativ birliyinin qurulmasıdır…”

“Tək çözüm yolu Türkiyə Azərbaycan konfederativ birliyinin qurulmasıdır…”


Böyük düşünün ki, böyük qələbələr əldə edəsiniz. İslam dönəmində Məhəmməd Peyğəmbər dağılmış Kiçik ərəb qəbilələrini birləştirdi. O birləşmiş kiçik ərəb qəbilələrinin ruhlarını böyütdü, bu elə böyük bir ruh idi ki, dünyanın yarısını yendi, Sasanlı imperiyasını devirdi, ruhlar daha da böyüdü, ətrafa yayıldı, Hindistan, Bizans fəth edildi. Atatürk bütün Avropanı yendi, çünki fateh bir millətin komutanıydı, o məllitin sadəcə qurduğu təşkilatı-dövləti yenilmişdi, ruhu yenilməmişdi. Bu günkü Türkiyə o fateh millətin ruhundan doğulmuş bir dövlətimizdir, sərvətimizdir, baş tacımızdır. O böyük ruh Türkün ruhudur. Biz də ruhumuzu böyüdəcəyik və o böyük ruhumuzla Rusiyanı yenmək məcbiriyyətindəyik. Savaşda əsas məsələ ruh məsələsidir, sakın, ruhunuz yenilməsin. Hər nəslin öz milləti üçün bir savaşı vardır və verəcəyi qurbanları vardır. Biz gələcək nəsillərə Rusiya (Ermənistan- kiçik Rusiya) adlı problem buraxmamaq haqqında düşünməliyik. Bu gün gücün, silahın yoxdursa, nifrətinlə silahlan, nifrətinlə oyan, nifrətinlə yat, lakin savaş ruhunu və əzmini heç zaman itirmə. Sabah savaşacağını heç zaman unutma. Biz içimizdəki milli birliyimizi qoruyub saxlamalıyıq, yumruq kimi birləşməliyik, bütün firqə və qrup mənafelərinin fövqündə duraraq, dirənməliyik, savaşda da, diplomatiyada da uğur qazanmalıyıq. Unutmayaq ki, hamımız bu savaşın əsgəriyik. Biz 2 ci Qarabağ savaşında Ermənistanı qismən yendik, lakin bütünlüklə yenməyimiz üçün gələcəkdə böyük ehtimalla Rusiya ilə bir savaşımız olacaqdır.

Türkiyə Azərbaycan konfederasiyası yaradılmalıdır. Tək çözüm bu. Bu konfederasiya yaranırsa, Güney-Quzey Azərbaycan, Türkiyə türklərinin ortaq stratejisi formalaşır, Oğuz birliyi yaranır və 130 milyonluq bir güc bütün Orta doğuya nəzarət etmə gücü əldə edə bilir. Oğuz birliyi ilə Son 100 ildə itirdiyimiz bütün torpaqları geri qaytara bilərik, əvvəlki gücümüzü bərpa edə bilərik.

Rusiya qarşısında bir Oğuz birliyi olarsa, siz Türküstana keçmək üçün Rusiyaya Naxçıvandan dəhliz açmaq üçün yalvarmazsınız. Bu gün bunu böyük qələbə kimi təqdim etməzsiniz. Nədir o böyük qələbə? Rusiya Türkiyəyə Naxçıvana keçmək üçün dəhliz açacaqmış… Rusiya Ermənistanı elə o məqsədlə qurmadımı ki, Türkiyə Türküstana keçə bilməsin.
İçimdəki səs deyir. Xeyr. Mən Rusiyaya yalvarmayacam. M.Ə.Rəsulzadənin sözlərini təkrarlayacam.” Rusiyanın etnoqrafik coğrafiyasl Moskva və Moskva ətrafıdır. Rusiya öz etnoqrafik coğrafiyasına, sərhədlərinə çəkilməlidir”. Çəkilməyə məcbur etməliyik, savaşmalıyıq.
İçimdəki səs deyir. Bu gün Rusiya güclüdür, yarın biz güclü olacağıq. Oğuz birliyini qurmaqla. Xatırlayın. Oğuzlar şərq və qərb qollarına ayrılmamışdan öncə, bir olduqları zamanlarda böyük Səlçuklu imperiyasını qurub bütün Orta doğuya hakim olmuşlardı. Tarix hafizənizi bərpa edin. Xatırlayın. Bu gün bu birliyi, bu gücü bərpa etmək tək çözümdür.

Yaxşı düşünün. Oğuz birliyinin sərhədləri o qədər genişdir ki. Oğuz birliyi qurulduqda dəngələr dəyişməyəcəkmi, çevrilməyəcəkmi və o zaman Ermənistan adlı o saxta dövlət, o “kiçik Rusiya” Türkiyə və Azərbaycana dəhlizlər açmaq üçün yalvarmayacaqmı?

Türkiyə Azərbaycan konfederasiyası yaranarsa, Rusiya işğalçıları 5 il müddətində hakimiyyətlərini Qarabağın bütün ərazisinə yaya bilməyəcəkdir, çünki qarşısında bir güc görəcəkdir.

Ermənistan adlı sorunun çözülməsinin tək yolu Türkiyə Azərbaycan konfederasiyasının yaradılmasıdır.

Əslində bölgədəki bütün sorunların çözülməsinin tək yolu Türkiyə Azərbaycan konfederasiyasının qurulmasından keçir.

O bütün sorunları burada sadalamıram. Çünki diqqətimiz indi yalnız Qarabağa yönəlməlidir. Amma Qarabağ sorunu aysberqin görünən üzüdür. Görünməyən üzü çox dərin və böyükdür. Lakin bütün sorunların tək çözümü Türkiyə Azərbaycan konfederasiyasının yaradılmasıdır. Konfederasiya yaradıldıqda coğrafiya dəyişir, siyasi hüquqi dəngələr dəyişir, güc balansı dəyişir. Kiçik kiçik dövlətlər və icmalar olub başqa dövlətlərə yem olmaqdansa, böyük dövlət və güc olub bütün düşmənləri birlikdə yenmək, milləti xilas etmək, torpaqları işğaldan qorumaq daha doğru yol deyilmi?
Coğrafiyanın dəyişməsi, dəngələrin dəyişməsi deməkdir və bu bizə böyük siyasi avantajlar qazandırır. Düşünün Türkiyə, Quzey Azərbaycan, Güney Azərbaycan birləşir, Ermənistan adlı o saxta dövlət bizim coğrafiyamızda kiçik bir anklava dönüşür.

Tək çözüm Türkiyə Azərbaycan konfederativ birliyinin qurulmasıdır.

Böyük düşünün ki, böyük qələbələr əldə edə biləsiniz.
Bu gün hər bir türkün savaşı var. Türkiyə ilə Türküstanı birləşdirən Azərbaycanı param parça edən gücləri və dövlətləri, işğalçıları yenmək. Azərbaycanı bütövləştirmək. Bütöv Azərbaycan qurmaq. Bu çox böyük bir savaşdır. Zatən millətlər savaşlardan və hədəflərdən doğular.

Unutmayın, Türk dünyası Azərbaycandan qırılır.
Türk dünyası Azərbaycandan birləşir. Azərbaycanı qorumağın tək çözümü Türkiyə ilə Azərbaycanın konfederativ birliyini qurmaqdır.

Savaş bitməmişdir. Savaş hələ yeni başladı, davam edəcəkdir…

Savaşlarınız, hədəfləriniz böyük olsun ki, ruhunuz da böyüsün, yenilməz olsun!!!
Tarixdə təkcə xalqlar, millətlər, dövlətlər savaşmır, həm də ideyalar, fəlsəfələr, strateji arzular savaşır. Hanı sizin fəlsəfəniz, strateji arzularınız?

Unutmayın tarixdə dəngələri hər zaman türklər dəyişmişdir və yenidən qurmuşdur.

Unutmayın türklər hər zaman savaşmışdır. Türklər savaşlarda ölmüşlər, yataqda deyil. Bu bizim yaradılışdan qədərimizdir.

Yeni savaş başlayacaq. Hələlik Rusiya ilə. Rusiya yenilməz deyil!

P.S.
1. Unutmayın ki, beynəlxalq bir hüquq anlayışı iflas etmişdir, beynəlxalq düzən və hüquq yoxdur, güc vardır.

2. Bəlkə bu fikirlərimi bir xəyal olaraq dəyərləndirəcəksiniz. Özünüz bilərsiniz. Mən yaxşı bilirəm ki, Millətlər xəyallardan, ideallardan doğulur. Əgər bir millətin xəyal verən bir aydını yoxdursa, o millət passionar gücünü kayb edər. Tarixdə donub qalar, yox olar.

Yasəmən Qaraqoyunlu, AMEA-nın əməkdaşı

Yazar A.Türer YENER

Babasının Türk Silahlı Kuvvetlerinde Subay olması nedeni ile 8.09.1944 Senesinde Çanakkale- Gelibolu/ Bolayırda doğdu.
- İlk okul tahsilini Erzurum ve Elazığda yaptı. Ortaokul ve Liseyi İstanbul Bakırköyde bitirdi.

- Askerliğini 1965 senesinde Türk Deniz Kuvvetlerinde , Heybeliada Deniz Harp Okulunda yaptı .31.12. 1967 senesinde

terhis oldu.

- 1968 senesinde kısa bir dönem, İstanbulda yayınlanan Günaydın Gazetesinde çalıştı.
- 1.04.1968- 1.10.1990 seneleri arasında Türkiye faaliyet gösteren Mobil Oil Türk A.Ş firmasında çalıştı ve buradan emekli oldu.

Emekli olduktan sonrada muhtelif Açık hava Reklam firmalarında Genel Müdür Yardımcılıklarında bulunmuştur.

- 1980 senesinden sonra kurulan İDİL- URAL TÜRKLERİ KÜLTÜR VE YARDIMLAŞMA DERNEĞİ'nin kuruluş çalışmalarında bulunmuş,

Kurucu yönetim kurulu üyesi olarak görev yapmıştır..Halen bu derneğin üyesidir.

- 1990 tarihinden 2004 senesine kadar İstabul Zeytinburnunda bulunan ,KAZAK TÜRKLERİ VAKFINDA Genel Sekreter olarak çalıştım.

Halen Zeytinburnunda bulunan KAZAK TÜRKLERİ VAKIF BİNASININ yapılmasında Kazak Türkleri Vakfı kurucu üyeleri ile çalıştım.

- 1992 senesinden itibaren o zamanlar Almanyada ikamet eden ,Dünya Tatar Ligi Genel Başkanı ve Tataristan Yasama Organı,

Milli Meclisin Fahri üyesi Rahmetli Sayın Ali Akış büyüğümüzle devamlı mektuplaşarak ve telefon görüşmeleri yaparak İdil, Uralla
ile ilgili bilgileri kendilerinden aldım. Bana gönderdikleri mektuplar halen bende bulunmaktadır.

- Tataristan Cumhuriyeti , Rusya federasyonu ve Türk dünyası ile yakın ilişkiler içinde bulunmaktayım.

Rusya federasonuna bağlı Tataristan Cumhuriyetinde kurulu ,Bütün Dünya Tatar Girişimci Destek Kuruluşu 29.03.2013 tarihli resmi belgelendirme ile A.Türer yener ' i Türkiye ve Tataristan arasındaki Yatırım ve İş projeleri, Ticaret,Kültür, ilişkileri ile tüm gerekli görüşmeleri gerçekleştirmek üzere vekil tayin etmişlerdir.

- A.Türer Yener 1995 senesi Mart ayında Türkiyede kurulu 23 Türk dernek ve Vakıf Yönetim kurullarınja ,Türkiye Cumhuriyetinde ilk defa bir araya getirerk Kazak Türkleri Vakfı adına Yemek vermiş Türk boylarının müzikleri Tümata Grubu tarafından çalınmış duygulu anlar yaşanmıştır.

- 19.3.1995 tarihinde TRT-1 Televizyonunda Sayın Mustafa Yolaçanın programında ,TRT Televizyonu Müdür Sayın Mustafa Gerçekerin büyük yardımları ile Türkiye Cumhuriyetinde İlk defa NEVRUZ BAYRAMI TÜRK BAYRAMI OLARAK kutlanmıştır. Progaram canlı olarak 2 saat boyunca Asya ve Avrupa yayınlanmış Türklerde Nevruz bayramı anlatılmış, Yine Tümata Grubu liderleri Doc.Dr.Oruç Güvenç ile otantik Orta asya Türk müziği konseri verilmiştir. Ayrıca orta Asya Türk kıyafetlerini yansıtan bir defile sunulmuştur.

- A.Türer Yener Türk dünyası ile ilgili her sene yapılmakta olan yurt içi ve dışı toplantılarda bulunmaktadır.

A.Türer Yener 'in; Anne ve baba ailesi -1800 senelerinin sonlarına doğru Türkiyeye gelerek yerleşmişlerdir. ailesi çok geniş aile topluluğudur.

- Baba Tarafı Kazan Tatar -Türklerinden , Orenburg kökenli Şeripov ailesinden olup ve Kazan da Apanay ailesi ilede yakın akrabalık ilişkileri bulunmaktadır. ailesine 6 kuşak kadarına kadar ulaşmıştır. Tataristan ve Başkurtıstanda ailelerini bulmuştur.

- Anne tarafı Rusya Federasyonuna bağlı Kubandan Türkiyeye 1800 senelerinin sonlarına doğru, Türkiyeye gelerek Balıkesire yerleşen çerkezlerdendir. Ubıh boyundan olup, Cizemua ailesindendirler. Pşizemuktur

- A.Türer Yener , ,halen Merkezi Newyorkda olan Dünya Türkleri Birliğinin Türkiyedeki haberleşme ayaklarından biri olup, email ortamında, Dünya Türk Birliği ,Turkish forum-Türk dünyası , Türk dünyası gazeteciler Federasonu üyeleri ile karşılıklı olarak haberleşmektedir.

-Halen Bulgaristan Türkleri derneğinin Başkan Danışmanlığını ve Türkiye Azerbaycan Dernekleri Federasyonu Danışma kurulu üyeliğini yapmaktayım.

-2015 -2020 seneleri arasında Azerbaycan Cumhuriyeti Bakü merkezli voicepress.az haber ajansının resmi Türkiye Temsilciliğini yapmaktayım

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.