“Bu olay böyük təşviş yaratdı” – Müzakirə

Bakıda “TRT World Research Centre” ilə “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) tərəfindən birgə təşkil edilən dəyirmi masada 15 iyul FETÖ-cü hərbi çevriliş təşəbbüsünün mahiyyəti və FETÖ ilə mübarizə müzakirə olunur. - trt haber android
,
13 İyul 2017 10:20
    Xəbər xətti

Bakıda “TRT World Research Centre” ilə “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) tərəfindən birgə təşkil edilən dəyirmi masada 15 iyul FETÖ-cü hərbi çevriliş təşəbbüsünün mahiyyəti və FETÖ ilə mübarizə müzakirə olunur.

Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, tədbirdə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin üzvü Şəmsəddin Hacıyev, Türkiyə Böyük Millət Məclisindəki Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Necdet Ünüvar, TBMM üzvü Ayşe Kesir, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, “TRT World”ün xəbərlər redaksiyasının direktoru Fateh Ər, Azərbaycan-Türk İş Adamları Birliyinin başqanı Camal Yangın, QHT rəhbərləri, ekspertlər və media nümayəndələri iştirak edirlər.

Tədbiri açan QAFSAM sədri, siyasi analitik Araz Aslanlı tarixi bir günü həm anmaq, həm analiz etmək üçün toplaşdıqlarını bildirib. O qeyd edib ki, bu, bütün bölgəmiz üçün, həmçinin dünya siyasi tarixi üçün önəmli bir gündür: “Ona görə ki, bu gün demokratik yolla seçilmiş prezidentə xalq dəstək verdi. Digər önəmli olay xarici dünyanın bu olaylara baxışı idi. Sevindirici haldır ki, Azərbaycan da daxil olmaqla əksər ölkələr bu olayları pislədi. Amma üzücü idi ki, özünü demokratik dünya adlandıran ölkələr yenə də ikili standartlarla çıxış etdi”.

Türkiyə səfiri Erkan Özoral isə 15 iyul 2016-cı ildə milli iradənin təcəssüm etdiyini bildirib. Səfir Türkiyə dəstək verdiyi üçün Prezident İlham Əliyev başda olmaqla bütün dövlət yetkililərinə, məmurlara və Azərbaycan xalqına təşəkkür edib.

Milli Məclisin deputatı Əhliman Əmiraslanov isə bildirib ki, bir il öncə baş verən çevriliş cəhdi Azərbaycanda Prezident İlham Əliyev başda olmaqla hər bir azərbaycanlıda böyük təşviş yaratdı: “İlk olaraq demokratiyaya, dövlətçiliyə, qanuni prezidentə qəsdi pisləyənlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyev oldu. Başqa cür də ola da bilməzdi. Çünki Türkiyə ilə münasibətlər əsl qardaşlıq, dostluq münasibətləridir. Həmin gün və onun sabahısı gün azərbaycanlı millət vəkillərinin hər biri bəyanatla çıxış etdilər. Mən həmin vaxt Avropada idim. Necdət Ünüvarla daim telefon əlaqəsi saxlayırdıq. Çox təəssüf ki, Avropa telekanalları çox gecikmiş, təhrif olunmuş məlumatlar verirdilər”.

Ə.Əmiraslanov qeyd edib ki, bu dövlət çevrilişi cəhdinin qarşısı türk xalqının qəhrəmanlığı sayəsində alındı: “Xalqla hakimiyyətin vəhdəti bu çevrilişin baş tutmasına imkan vermədi. Çox təəssüf ki, Türkiyə 250-dən çox şəhid verdi, minlərlə insan yaralandı. Amma bu eyni zamanda Türkiyənin ən şərəfli günü idi. Çünki türk xalq sübut etdi ki, o seçdiyi hakimiyyətə qorumağa qadirdir”.

Dəyirmi masada iştirak etmək məqsədilə Bakıya gələn millət vəkili Necdet Ünüvar Türkiyə və Azərbaycan arasında ciddi siyasi, iqtisadi və mədəni bağların olduğunu vurğulayıb. O, 12 ölkədə bu cür tədbirlər keçiriləcəyini bildirib. Əlavə edib ki, ilk tədbir Bakıda keçirilir.

N.Ünüvar 15 iyul çevriliş cəhdinin Türkiyənin 1920-ci ildən bəri yaşadığı ən önəmli 10 hadisədən biri olduğunu vurğulayıb.

Millət vəkili Ayşe Keşir isə həyatı boyunca bir neçə dəfə dövlət çevrilişi cəhdinə şahidlik etdiyini vurğulayıb. O, 15 iyul çevriliş cəhdi ilə bağlı ilk dəfə Afyon millət vəkilinin atdığı tvit vasitəsilə xəbər tutduqlarını bildirib: “Mənim üç qızım var. Həmin axşam onlar evdən çıxmamağımı istədilər. Amma onlara “bu gün evdən çıxmasam mən sizin ananız ola bilmərəm” dedim. Parlamentin ətrafına bombalar yağdırdılar. O zaman yaşadığımızı heç kimin yaşamasını istəmirəm. Çox böyük bir toz buludu qalxdı, o qatı toz hələ də ciyərlərimizdə qalıb. O hadisələri unutmamaq üçün o toz buludunun çıxmamasını istəyirəm. Gec’ saat 3:00-dan sonra hamımızın telefonlarımızın enerjisiı bitdi və ətraf aləmdən tamamilə təcrid edildik”.

 

  •  

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir