Zorlu Töre: Ak denizde Türkiyesiz hiç bir politika olamaz

- Şimali Kipr hər zaman Türkiyənin yardım və dəstəyi nəticəsində iflasdan yan keçdi.   ŞKTC-də demokratiya var, iqtidar-müxalifət əlaqələri var. Şikayətlər ola bilir, amma ümumiyyətlə iqtisadi təhlükə bizə təsir etmədi. ŞKTC-i Türkiyə ilə iqtisadi inteqrasiya olub. Təbii ki, bəzi çatışmamazlıqlar var, lakin bunların zamanla çözüləcəyini düşünürəm. AB-də olduğu kimi iki türk dövləti Türkiyə və ŞKTC arasında iqtisadi, siyasi, mədəni sahələrdə inteqrasiya ola bilir. Hər il bu inteqrasiya daha da inkişaf edir. - Zorlu
, , , ,

ZorluBu günlərdə Bakıda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) parlamentinin millət vəkili Zorlu Törə islamınsesi.az portalına eksklüziv müsahibə verib.

– AB ölkələri, o cümlədən Cənubi Kipr respublikası iqtisadi böhrandan iflasa uğrayıb. Şimali Kipr belə bir vəziyyətdən necə çıxır?

– Şimali Kipr hər zaman Türkiyənin yardım və dəstəyi nəticəsində iflasdan yan keçdi.   ŞKTC-də demokratiya var, iqtidar-müxalifət əlaqələri var. Şikayətlər ola bilir, amma ümumiyyətlə iqtisadi təhlükə bizə təsir etmədi. ŞKTC-i Türkiyə ilə iqtisadi inteqrasiya olub. Təbii ki, bəzi çatışmamazlıqlar var, lakin bunların zamanla çözüləcəyini düşünürəm. AB-də olduğu kimi iki türk dövləti Türkiyə və ŞKTC arasında iqtisadi, siyasi, mədəni sahələrdə inteqrasiya ola bilir. Hər il bu inteqrasiya daha da inkişaf edir.

Cənubi Kiprlə danışıqların aparılması ilə bağlı bizə beynəlxalq aləmdən təzyiqlər var. Müzakirələrə qarşı deyilik, amma yalnız nə yolla olursa-olsun, sülhə nail olmağı da qəbul etmirik. Bir xalqın yetişə biləcəyi ən son nöqtə dövlət qurmaqdır. 1960-cı ildə biz kiprli yunanlarla funksional federativ dövlətdə yaşamışıq və qanlı nəticəsini görmüşük. Yenidən dövlətçiliyimizdən əl çəkib, geriyə qayıtmaq Kipr türklərinə qarşı düşmənçilik olardı. Biz Ana vətənimiz Türkiyə ilə daim bütün sahələrdə inteqrasiya edirik.

– Aralıq dənizi sahillərində zəngin qaz və neft yataqları aşkarlanıb. Bu, bölgənin geosiyasətinə necə təsir edib?

– Xəzər və şərqi Aralıq dənizi bölgəsində zəngin neft-qaz yataqları var. İqtisadiyyatı güclü olan və olmayan ölkələr hövzənin hansı ölkəsi ilə əməkdaşlıq edəcəklərini, bundan qazanclarının nə olacağını araşdırırlar. Bu məsələdə İngiltərənin, Rusiyanın, Fransanın, Çinin, ABŞ-ın, İsrailin  öz çıxarları və hesabları var.

Türkiyə strateji bölgədə yerləşir, bu səbəbdən də bu coğrafiyada Türkiyə olmadan heç nə edə bilmirlər. Fırlanıb-dolanıb yenidən Türkiyənin yanına qayıtmalı olurlar.  Türkiyə bölgədə supergüc halına gəlir. Türk dövlətlərinin bir araya gəlməsi bu gücü daha da artırır.

– Rusiya Abxaziya və Cənubi Osetiyanı savaş ilə Gürcüstandan qoparıb müstəqilliyini tanıdı. Türkiyə bu şəkildə Şimali Kiprin məsələsini birdəfəlik çözə bilməzmi?

– Türkiyə bu illər ərzində Kiprdə çox işlər görür. Türkiyə 1955-ci ildən bəri Kiprdə aktiv siyasət yürüdür. 1960-ci ildə Kiprdə qurulan dövlətdə Türkiyə qarant ölkələrdən biri oldu. 1970-ci il Barış türk hərəkatı ilə Türk ordusu Kiprə gəldi və Şimali Kipr Türk Cümhuriyyəti quruldu. Yaradıldığı ilk illərdə ŞKTC-yə qarşı düşmənçilik çox idi, bəzi ölkələr tərəfindən embarqolar hələ də davam edir. Nə yaxşı ki, ana vətənimiz Türkiyə var. Onun himayəsində, işbirliyi ilə irəliləyirik.

Türkiyə əvvəl-axır son sözünü deyəcək.  Cənubi Kipr Respublikası ilə danışıqlar davam etdiriləcək. Nəticə olmasa,  Ana vətənimiz qərarlı addım atacaq.

Gülnara İnanc

Okumaya devam et  Kıbrıs sorununa “seks” katmak!