Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır

GAİP XƏBƏR: Avropa Birliyi (AB) Azərbaycanın ərazi bütövlüyünə hörmətin zəruri olduğunu etiraf edir. Bu barədə Beynəlxalq Avropa Hərəkatının baş katibi Dieqo Pinto bu gün Bakıda keçirdiyi mətbuat konfransında bəyan edib. - eulogo

eulogoGAİP XƏBƏR: Avropa Birliyi (AB) Azərbaycanın ərazi bütövlüyünə hörmətin zəruri olduğunu etiraf edir. Bu barədə Beynəlxalq Avropa Hərəkatının baş katibi Dieqo Pinto bu gün Bakıda keçirdiyi mətbuat konfransında bəyan edib.

GAİP XƏBƏR mərkəzin Ria.Az-dan əldə etdiği məlumata görə «AB Azərbaycanın ərazi bütövlüyünə hörmətin zəruri olduğunu etiraf edib və biz Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik», -deyə D.Pinto bildirib. “Dağlıq Qarabağ münaqişəsi çox incə məsələdir” deyən Pinto əlavə edib ki, “mən vəziyyətin gərginləşməsini istəmirəm, münaqişənin həll olunmasını istəyirəm».

Azərbaycana gəlişinin məqsədlərindən danışan D.Pinto qeyd edib ki, Beynəlxalq Avropa Hərəkatı «hazırda Bakıda qurumun nümayəndəlitinin açılması ilə bağlı təşkilati məsələlərlə məşğul olur». «Bu iş çərçivəsində mən Prezident Administrasiyasında, parlamentdə, vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşlər keçirmişəm və demək istəyirəm ki, Azərbaycanda ölkənin Avropaya daha çox inteqrasiya olunmasını istəyən adamlar çoxdur. Öz növbəsində bizim vəzifəmiz belə adamlara dəstək göstərməkdir», – deyə o qeyd edib.

D.Pintonun sözlərinə görə, səfərin digər məqsədlərindən biri də “Şərq tərəfdaşlığı” proqramının tətbiqi və inkişafı yollarının müəyyənləşdirilməsdir. O qeyd edib ki, “Şərq tərəfdaşlığı” proqramının gerçəkləşdirilməsinin başlıca vəzifələrindən biri 6 ölkədə -Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belorus və Moldovada vətəndaş cəmiyyətinin inkişafıdır. Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı” proqramı ölkələrin Avropaya inteqrasiya imkanı kimi qəbul edilməlidir

D.Pinto qeyd edib ki, proqram özünü yüz faiz doğrultmaya bilər: “Hər halda, bütün planlar həmişə reallığa çevrilmir. Amma bu proqram Azərbaycanın Avropa ilə sıx əməkdaşlığı üçün real imkanlar açır”.

Source: www.gaip.biz, 14 August 2009


Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir