Fetullah Gulenin Azerbaycan plani ile bagli yeni melumatlar

Polkovnik-leytenantdan fətullahçı məktəblər barədə şok sözlər... - fethullahgulen
,
 

Polkovnik-leytenantdan fətullahçı məktəblər barədə şok sözlər…

– Gülən Azərbaycanda Prezident Aparatında və güc nazirliklərində təşkilatlanmaq istəyir…

– Fətullah Gülənin Türkiyədə dərin dövləti, Azərbaycanda dövləti ələ keçirmə planı…
– Ermənistan-Türkiyə əlaqələrini dəstəkləyən «Xəzər»in BİZİM ƏSGƏRə sevgisi nin qaranlıq mənbəsi…
– Ordumuzun sirrləri Ermənistana, yoxsa Gülənin dostları olan erməni diasporuna satılır?
– Tatarstanın təhsil naziri Gülən məktəblərini bağlayanda hansı əsaslara söykəndi?
– Fətullahçılar niyə uşaqlardan daha çox valideynləri ilə maraqlanırlar?
– H.D. və E.C. adlı fətullahçıların missiyası nədən ibarətdir?
– 35 illik çalışmaların sonucunda Türkiyədə tək siyasi hakimiyyəti deyil, ədliyyə, polis, kəşfiyyat, təhsil və media sahələrində hakimiyyəti ələ keçirib, hazırda öz «dərin dövlət»lərini qurmaqda olan nurçular-fətullahçılar Azərbaycanda dövləti necə ələ keçirməyə çalışırlar?

Təriqət təhlükəsi Azərbaycan üçün hər keçən gün bir az daha artır. 1990-cı illərin əvvəllərində Azərbaycana gələn və Türkiyədəki siyasi nəbzi yaxşı idarə edərək, Türk Dünyasına sızılan nurçular, xüsusilə Fətullah Gülən qanadı başda Azərbaycan olmaqla bir çox Türk cümhuriyyətində öz şəbəkələrini qurublar. Türkiyədə olduğu qədər geniş olmasa da, artıq ölkəmizdə öz şəbəkələrini qurublar.

Bir neçə qoldan ibarət olan şəbəkənin əsas hədəfi imkanlı gənclər və dövlət məmurlarıdır.

Gülənə bağlı litseylərin, universitetin və media quruluşlarının siyasətinə diqqətlə baxdıqda, əslində bu özünü açıq şəkildə göstərir. Yaxşı təhsil adı ilə ən bahalı təhsil müəssisəsi statusunu özündə saxlayan bu təhsil müəssisələrində təhsil alanların siyahısına diqqətlə baxdıqda, kimlərin övladlarının oxuduğunu öyrənmək mümkündür.

Və maraqlı burasındadır ki, bu məktəblərin rəhbərləri təhsil alan gənclərdən daha çox onların valideynləri ilə maraqlanırlar.

Uşağını bir müddət Gülənin məktəbində oxutmuş və sonradan uşağını oradan çıxararaq, başqa bir litseydə oxudan istefada olan polis polkovnik-leytnantının bu barədə söylədikləri olduqca maraqlıdır: «Uşağımı həmin şəbəkəyə bağlı litseyə oxutmağa qoyandan sonra oğlum tez-tez mənə müəllimlərimin mənimlə maraqlandığını, az qala hər gün məni soruşduğunu, litsey rəhbərinin də bir neçə dəfə oğlumu müxtəlif səbəblərdən yanına çağıraraq, məndən bəhs etdiyini söyləyirdi. Açıqcası, uşaqdan çox valideynlə maraqlanılması, mənimlə görüşməyə cəhd məndə ilk öncə şübhə doğurmamışdı. Düşünmüşdüm ki, onlar övladımın necə bir ailədə təhsil aldığını öyrənmək istəyirlər. Ancaq mənim hansı saatda işə gedib, nə vaxt evə gəldiyimi öyrənmək istəmələri, mənim işimin mahiyyəti ilə bağlı suallar məni şübhələndirdi. Daha sonra isə məktəb rəhbərliyi mənimlə iş yerimdə görüşmək istədilər. Mən isə buna etiraz etdim və özüm onların qəbuluna getdim. İlk görüşümüzdə olduqca mehriban şəkildə mənimlə davrandılar və valideyn-müəllim münasibətlərinin inkişafına çalışdıqlarına dair xeyli nağıl danışdılar. Ancaq söhbət zamanı mənimlə bir əməliyyatçı kimi davranmaları, üstüörtülü şəkildə sırf kəşfiyyat xarakterli sualların verilməsi şübhələrimdə haqlı olduğumu göstərdi. Ancaq mən özümü bilməməzliyə qoyub, onlara özümü daha yaxın göstərdim. Məktəb müdiri münasibətlərimizi daha da yaxınlaşdırmağımız barədə təkliflərdə bulundu. Sonra da bir neçə dəfə görüşdüm. Bundan başqa ailə toplantıları adlı bir sıra görüşlərdə iştirak etdim. Anladığım odur ki, bunlar bu kimi toplantılarla valideynlərlə daha yaxşı əlaqələr qurmaq, uşaqlar üzərindən valideynləri ələ keçirməyi hədəfləyirlər. Əsasən də, hüquq-mühafizə orqanlarında çalışan insanlar bunların başlıca hədəfidir. Mən bunların niyyətinin nə olduğunu bildiyim və uşağımın yanlış tərbiyyələndirilməsini istəmədiyim üçün uşağımı o məktəbdən çıxartdım».

Qeyd edək ki, Gülənin məktəblərinin xarici ölkələrdə bağlanmalarının səbəblərindən biri də budur. Rusiya bu məktəbləri CİA-nın kəşifyyat yuvaları adlandırıraq qapatdığı halda, Tatarstan daha maraqlı bir səbəblə Gülənə «yox» dedi. Tatarstanda məktəblərin bağlanmasına etiraz edənlərin qarşısında çıxış edən həmin respublikanın təhsil naziri maraqlı faktlar açıqlamışdı. O, bildirmişdi ki, Gülənin məktəblərində valideynlərin harada işləmələri ilə maraqlanılması, əsasən hərbidə çalışanların iş saatlarının tədbirə çağrılmaq adı ilə öyrənilməsi ilə bağlı şübhələr araşdırılıb və çox ciddi nüanslar ortaya çıxıb…

Eləcə də Moskvadakı fətullahçı müəllimlərin əsasən raket bazalarında çalışan insanlarla münasibətlər qurmaları şübhələrə yol açıb və sonucda Gülənin məktəbləri kəşfiyyat ocağı kimi bağlanıb.

Nə yazıq ki, Azərbaycan təhsilini bərbad edən Misir Mərdanov tatar nazirdən fərqli olaraq, Gülənin məktəblərini müdafiə edir. Çünki onu tatar nazirdən fərqli olaraq, dövlətinin gələcəyi deyil, cibinə girən «yaşıl»lar düşündürür…

Türkiyədə dərin dövləti, Azərbaycanda dövləti ələ keçirmə planı…

 

Keçmiş polis zabitinin də dediyi kimi Gülənin Azərbaycandakı nümayəndələri öncə valideynlərlə bağlı kompromat dosyesi toplayır, sonra isə onlarla münasibəti sıxlaşdırırlar. Övladının müəllimləri ilə hər zaman yaxşı münasibətinin olmasını istəyən Azərbaycanlı valideyn də onların toruna düşür. Öncə valideynlə dostlaşan fətullahçılar zamanla «ortaq çalışma» adı altında valideyndən harada işləməsindən asılı olaraq, müəyyən tələblər edilir. Öncəki görüşlərdə Gülənin adı olmadan fikirlərindən bəhs edən kitabları validiyenlərə hədiyyə edənlər, artıq zaman keçdikcə, valideynin də həmin fikirlərə münasibəti göz önündə bulundurularaq, Gülənin kitabları verilir. Bu mərhələdən «uğurla» keçənlər nurçu toplantılarına dəvət olunur. Bu görüşlər təkkədə-filan olmur. Lüks hotellərdə və ya restoranlarda yığışan insanların arasındakı bağlar möhkəmləndirilir. Həmin görüşlərdə adətən nurçu iş adamları və Gülənin Azərbaycandakı media qrupunun rəhbərləri iştirak edirlər. Həmin şəxslər öncədən nəzərdə tutulan plan üzrə hərəkət edərək, hər şəxs bir «ov»a- valideynə yaxınlaşaraq, onunla dostluq qurur.

Ciddi önəm daşıyan «ov»larla əsasən E.C. və ya H.D. adlı şəxslər ilgilənir və onlar «Atatürk» prospektində yerləşən villaya dəvət olunurlar.

H.D. və E.C.-in əsas hədəflərinin isə Prezident Aparatında, Nazirlər Kabinetində, Xarici İşlər Nazirliyində, Gənclər və İdman Nazirliyində və önəmli güc nazirliklərində çalışan yüksək çinli məmurlar, habelə Milli Məclis üzvləri olduğu vurğulanır.

Bir sözlə, 35 illik çalışmalardan sonra Türkiyədə tək siyasi hakimiyyəti deyil, ədliyyə, polis, kəşfiyyat, təhsil və media sahələrində hakimiyyəti ələ keçirib, hazırda öz «dərin dövlət»lərini qurmaqda olan nurçular-fətullahçılar Azərbaycanda dövləti ələ keçirməyə çalışırlar.

Valideynləri ələ keçirməklə yanaşı dövlətin bütün təbəqələrinə öz kadrlarını yerləşdirməkdə olan fətullahçılar bu baxımından digər təhlükələri geridə qoyur.

Türk ordusunun başına gələnlər Azərbaycanın da başına gələ bilər…

 

Türkiyədə Gülənin qarşısındakı tək əngəl Türk Ordusu sayılır. Bu barədə əvvəlki yazılarımızda dəfələrlə yazdığımızdan geniş yazmaq istəmirik. Sadəcə, Türkiyənin Yüksək Hərbi Şurasının son toplantısında çıxarılan ixrac qərarlarını xatırlatmaq kifayətdir. Hər il yüzlərlə fətullahçını ordudan ixrac edən gənəlkurmay başqanlığı sonuncu dəfə Gülən mediasına xəbər daşıyan, ordu rəhbərliyinin nüfuzuna ciddi zərbə vuran bir qrup fətullahçını da ordudan ixrac etdi.

Ancaq Gülənin «yolunuz kəsiləndə, yerinizdə hərəkət edin ki, paslanmayasınız» tövsiyyəsinə tabe olan müridləri Türkiyədə ordunu ələ keçirmək üçün bu gün də müxtəlif vasitələrə əl atırlar.

Türk Ordusuna göz dikən Azərbaycan ordusuna göz dikməzmi? Nəzərə alsaq ki, son aylarda Gülənin «Samanyolu» telekanalının Azərbaycan təmsilçiliyinin yığışdığı «Xəzər» ordumuza diqqətini artırıb, bu da şübhələnməyə əsas verir. Ermənistan-Türkiyə münasibətlərini dəstəkləyən və bunu Azərbaycanda təbliğ edən, hətta erməni prezidentinin Gül üçün iftar süfrəsi açmasını reklam edən «Xəzər»in BİZİM ƏSGƏRimizə mehriban münasibəti səmimi görünmür.

Ancaq nə yazıq ki, telekanalın kameralarının qarşısında özünü itirən bir çox hərbi hissə rəhbərləri bəzi hallarda mərkəzdən razılıq almadan onların hərbi hissələrə girməsinə yardımçı olur, hərbi sirr sayılan bilgiləri onların gözləri önünə sərirlər. Fətullahçıların əsas hədəfi isə sabahın generalları olacaq mayorlar, polkovniklərdir ki, bu görüşlər də əsasən onlarla keçirilir… Yəni, bu günki ordu rəhbərliyi ilə münasibət saxlanılsa da, gələcəyin generallarına daha sıcaq yanaşılır.

Komandirlərlə tanış olaraq, tədricən onları öz təsirlərinə salmağı hədəfləyən fətullahçıların tək hədəfi Ordumuzla bağlı məlumatları əldə etməkdir. Təbii ki, Azərbaycan ordusu ilə bağlı məlumat kimə lazım ola bilər? Düşmənlərimizə! Düşmənlərimiz də tək Ermənistanda yaşamır. Erməni diasporasının fəaliyyət göstərdiyi hər yerdə düşmənimiz olduğunu dərk etməliyik. Türkiyədəki mərkəzə ötürülən bilgilərin Gülənin ən yaxın dostu olan ermənilərə verilib-verilmədiyinə heç kim qarant dura bilməz…

Nəzərinizə təkrar olaraq çatdıraq ki, «Xəzər» TV-nin hazırki kollektivi «Samanyolu»nun Azərbaycandakı bürosunun rəhbər personelidir. Kanalı idarə edən də alovlu fətullahçı Hüseyn Dinləməzdir. Asəf Hacıyevə gəlincə, onun formal rəhbər olduğunu əvvəl də söyləmişdik. Kanalın yayın siyasətinə heç cür təsir edə bilməyən bu şəxs hazırda Hüseyn Dinləməzə «diş keçirə bilmir»…

«Xəzər» TV isə bir tərəfdən Ermənistan-Türkiyə əlaqələrinin inkişafına açıq dəstək verir, digər tərəfdən də ordumuzla bağlı sirrlərə vaqif olur… Nəticə barədə isə qoy müvafiq orqanlar düşünsün… Biz hər zamankı kimi öncədən xəbərdarlıq edirik… İnşallah, bu dəfə «biz axı demişdik» məcburiyyətində qalmarıq və uyuyan məmurlarımız günü gündən böyüyən və artıq bələdiyyə və parlamentə seçdirəcəkləri namizədləri belə hazır olan REAL TƏHLÜKƏyə qarşı hərəkətə keçəcəklər…

Yeni Çağ

 

 
 

Əlavə keçidlər

Oxşar xəbərlər:
· Azərbaycan Dindarlarının 86.97 %-i İlham Əliyevi dəstəkləyir
· Azərbaycan Dinşünaslar Birliyi bəyanat verdi

MANŞET bölümünün son 20 xəbəri:
· Ermənilərin dostu Fətullah Gülən Azərbaycanı necə “işğal” etmək istəyir?
· Prezidentimiz İlham Əliyevi təbrik edirik!
· Azərbaycan Dindarlarının 86.97 %-i İlham Əliyevi dəstəkləyir
· ADB iftar süfrəsi açdı (foto)
· Azərbaycan Dinşünaslar Birliyi bəyanat verdi


Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir