Türkiyə Mətbuat Şurasının başqanı Oktay Ekşi Zəkəriyya Özü fətullahçı mediaya məlumat ötürməkdə suçladı

“Ergenekon” əməliyyatı ilə bağlı məlumatları Fəthullahçı mətbuata sızdıran adam ortaya çıxdı. “Ergenekon” əməliyyatının prokuroru Zəkəriyyə Öz, İstanbul şəhər prokuroru Aykut Cengiz Enginin xəbərdarlığını dinləməyərək, fətullahçı mediada çalışan özəl müxbirləri iki qrup halında otağında qəbul edərək, açıqlanması cinayət sayıldığı halda, iddianamənin məzmununu onlara söyləyib. Türkiyə Mətbuat Şurasının başçısı və “Hürriyyət” qəzetinin redaktoru Oktay Ekşi, mətbuatın Zəkəriyyə Özün məlumat və təsdiqi ilə bu kampaniyanı icra etdiyini yazıb. - TurkiyeHalki
[ Sayta qoyulub: 02:40 17.07.2008 ] Oxunub: 63

Türkiyə Mətbuat Şurasının başqanı Oktay Ekşi Zəkəriyya Özü fətullahçı mediaya məlumat ötürməkdə suçladı

“Baş prokuror qanuna tabe olduğu halda, Zəkəriyya Öz qanun-manun tanımayaraq, istintaq sirri sayılan məlumatları mediaya açıqlayır”

“Ergenekon” əməliyyatı ilə bağlı məlumatları Fəthullahçı mətbuata sızdıran adam ortaya çıxdı. “Ergenekon” əməliyyatının prokuroru Zəkəriyyə Öz, İstanbul şəhər prokuroru Aykut Cengiz Enginin xəbərdarlığını dinləməyərək, fətullahçı mediada çalışan özəl müxbirləri iki qrup halında otağında qəbul edərək, açıqlanması cinayət sayıldığı halda, iddianamənin məzmununu onlara söyləyib. Türkiyə Mətbuat Şurasının başçısı və “Hürriyyət” qəzetinin redaktoru Oktay Ekşi, mətbuatın Zəkəriyyə Özün məlumat və təsdiqi ilə bu kampaniyanı icra etdiyini yazıb.

Oktay Ekşi “Hürriyyət”dəki bu günki yazısında “Ergenekon” əməliyyatı çərçivəsində həbs olunanlarla bağlı fətullahçı medianın (“Zaman”, “Tərəf”, “Yeni Şəfəq”, “Star” və s.) çirkli kampaniyanın birbaşa prokuror Öz tərəfindən həyata keçiildiyini yazıb.

Ekşi bunları yazıb:’Dünən İstanbul prokuroru Aykut Cengiz Engin bir mətbuat konfransında xülasəylə ‘Ergenekon (pardon Agarta) iddianaməsinin məzmununu şərhin qanunlara görə mümkün olmadığını, o səbəblə yalnız şəkli sayıla biləcək tərəfləri haqqında məlumat verəcəyini’ söylədi deyilmi? Amma əsl əhəmiyyətlisi, İstanbul prokurorunun ‘İddianamə haqqında məlumat verilməsi qadağan’ deməsi və qaynağı müəyyən olmayan xəbərlər səbəbiylə ‘nümunəsinə çox az rast gəlinən sıxlıqda’ bir bilgi çirkliliyinin yaşandığından şikayət etməsi ardından bəzilərinin bu xəbərdarlığı heç ciddi qəbul etməyib, eyni növ xəbərləri mediaya sızdırmasıdır. Öyrəndik ki İstanbul prokurorluğunun xəbərdarlığını dinləməyib bu xəbərləri verən şəxsən “Ergenekon” iddiası ilə insanları gözaltına aldıran prokuror Zəkəriyyə Öz imiş. Müxbirləri iki qrup halında öz otağında qəbul etmiş və bir qisimini yuxarıda bəhs etdiyimiz məlumatları vermiş. Bundan aydın olur ki iki-üç aydır yaşadığımız məlumat çirkliliyi və böyük uydurma və iftiralarla dolu xəbərlərin ardında ya Zəkəriyyə Özün özü vardı və ya media onun məlumat və təsdiqi ilə bu kampaniyanı icra etdi’.

Başqa bir yazar-Tufan Türenç də yazısına bu mövzunu ayırmış və ‘bu necə işdir?’ deyə soruşur. ‘İstanbulun baş prokuroru Aykut Cengiz Engin dünən etdiyi şərhdə qanunlar icazə vermədiyi üçün iddianamənin məzmununa toxuna bilmədi. Amma istintaqdan məsul olan prokuror Zəkəriyyə Öz jurnalistlərə iddianamənin ən əhəmiyyətli hissələrini açıqladı. Bu necə işdir? Baş prokuror qanuna tabe olur, prokuror isə qanun-manun dinləmir. Baxaq, baş prokurorun buna qarşı münasibəti necə olacaq?’

Dünən prokuror Zəkəriyyə Öz və İstanbul baş prokurorunun vəkili Turan Çolakkadı İstanbul Respublika Baş prokuroru Aykut Cengiz Enginlə görüşdü. 45 dəqiqəlik görüşmədə prokuror Aykut Cengiz Enginin, iddianamənin necə mətbuata sızdırıldığını soruşduğu ifadə olunur.

Kərim/Yeni Çağ


Əlavə keçidlər
Okumaya devam et  FETHULLAH GÜLEN PAKETLENDİ Mİ

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir