Zənganda iki məhkum edam edilib

Okuma Süresi:

1–2 dakika
❤️

Onların narkotik alverində ittiham olunduqları üçün barələrində edam cəzasının çıxarıldığı deyilir.

İyunun 13-də Zəngan zindanında narkotik alverində ittiham olunan iki məhkum dar ağacından asılaraq edam edilib.

Edam edilənlərin birinin həmədanlı, başqasının isə Şərqi Azərbaycanın Sərəskənd (Həştrud) şəhərindən olduğu bildirilir.

Turəc Keşavərz və Əli Səmədərnəjad adlı məhkumların edam edilməsi ilə yanaşı Zəngan zindanında saxlanılan daha iki məhkum edam qabağı təkadamlıq kameraya köçürülüb.

Bununla yanaşı Siyasi və Mədəni Məhbusları Müdafiə Kampaniyası Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərinin zindanında Məhəmmədvəli Rigi adlı məhkumun qətldə ittiham olunduğu üçün asıldığı bildirilir.

Məlumatda Ciroft şəhərində bilərəkdən adamöldürməkdə günahlandırılan 40 yaşlı etnik bəluç Məhəmməd Hicvanın edam edildiyi qeyd olunub.



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar