İranın içinde`de Vaşinqtona hizmet edenler var

Gülnara İnanc -
, , , ,

(Bakı-Tahran-Bakı)

Gülnara İnanc

Azərbaycan İslam Partiyasının (AİP) 50 nəfərlik nümayəndə heyəti iyunun 3-dən 10-a kimi  İran İslam Respublikasının dəvəti ilə  İmam Xomeyninin vəfatının 24-cü ildönümünə həsr olunmuş mərasimlərdə iştirak edib. Azərbaycan nümayəndə heyətinə AİP-in sədrəvəzi Hacı Elçin Manafov rəhbərlik edib.

Səfərin birinci günü Azərbaycan və Türkiyədən gələn qonaqlar «Miladi» teleqülləsində İran XİN-ninYaxın Şərq və Afrika Departamentinin rəhbəri Murtaza Firdousipur və Tehran Universitetinin Dünya araşdırmaları fakultəsinin müəllimi, elmlər namizədi Foad İzadi ilə görüşü  keçirildi. F.İzadinin islamınsesi.az portalına eksklüziv müsahibəsi.

-İranda baş tutumuş növbəti prezident seçkilərinin qalibindən yeni bir siyasət gözləmək olarmı?

  • Kimin prezident  seçilməsindən asılı olmayaraq, yalnız daxili siyasətdə yenilənmə gözləmək olar. Xarici siyasətdə dəyişiklik aparmaq istəyən namizdlərə dəstək verənlərin sayı çox deyil. Yalnız İranda deyil, dünyanın harasında olursa-olsun xalq antiimperialist proqramla çıxış edən siyasətçini dəstəkləyir.

-Prezident seçkilərindən sonra İranda etiraz aksiyalırının baş verməsini gözləmək olarmı?

-ABŞ-ın XİN-nin nümayəndələri etiraf ediblər ki, İranda iğtişaşlar törətmək üçün  1 milyard 200 milyon dollar maliyyə ayrılıb. Vaşinqton İran iqtidarını devirmək üçün xalq etirazlarını qızışdırmağa səy edir.

Şəksiz, İranın daxilində də bu məqsədə xidmət etmək istəyən adamlar var. Ötən seçkilərdən yalnız 4 il keçib. Bu siyasi proseslər üçün qısa müddətdir. Düşünmürəm ki, bu dəfə ABŞ İranda seçkisonrası iğtişaşlar yaratmağa müvəffəq olsun.

-ABŞ-nın Dövlət Departamentinin illik hesabatlarında İranda milli azlıqların, o cümlədən Azərbaycan türklərinin hüquqlarının pozulması ilə bağlı xüsusi maddə var. Bildiyimiz kimi Vaşinqton İrana qarşı siyasətində ölkədə yaşayan türklərdən istifadə etməyə çalışır. Sizcə, bu, mümkündürmü?

-İranda yaşayan türklərdən istifadə etmək üçün daxili səbəblər yoxdur. «Amerkanın səsi» radiosunda İran azərbaycanlılarının  dilində də redaksiya var. Təbii ki, İranın içində də buna can atan qruplar var.

Ümumiyyətlə isə, İranın Azərbaycan bölgələri seçkilərdə ən aktiv iştirak edir. İran-İraq savaşının Azərbaycan vilayətlərindən uzaq olmasına baxmayaraq, İran torpaqlarını qorumaq üçün müharibədə könüllü olaraq iştirak edən azəri türklərinin sayı digər məntəqələrdən daha çox idi.  Bu isə onu göstərir ki, azərbaycanlılar İranı öz vətənləri bilir.

Okumaya devam et  Turkic Assembly of Canada – Canada Turk Boylari Birligi (TAC ) Annual Picnic on 20 August 2017

-Bakıda İran dövlətini  Azərbaycan respublikasında talış separatizmini dəstəkləməkdə günahlandırırlar…

-Əvvəllər İranla Azərbaycan arasında nifaq, münasibətlərdə gərginlik olub. Əgər həqiqətən dediyiniz kimi belə bir fakt varsa, deməli, rəsmi Tehran  Azərbaycan dövlətinin İranda yaşayan türkləri təhrik etməsinə  bu şəkildə cavab verib.

Nə keçmiş prezident Mahmud Əhmədinejad , nə də seçiləcək yeni dövlət başçısı qonşuları, o cümlədən Azərbaycanla münasibətlərini pozmaq istəməz. İranın düşməni onun qonşuları deyil, ABŞ və İsraildir. Əksinə,  rəsmi Bakının ABŞ-a və İsrailə yaxınlaşmaması üçün İran ciddi səylər göstərir, siyasətində diqqətli olur.

-Ötən ay Azərbaycan XİN-nin başçısı E.Məmmədyarovun İsrailə səfəri, bunun ardınca iki nüfuzlu şəxsin – Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mediyevin və Qafqaz müsəlmanları dini idarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin  İrana səfərləri baş tutub. Siz bu səfərləri necə şərh edərdiz?

-Azərbaycan-İsrail münasibətləri daha çox Təl -Əvivə lazımdır. İran bu əlaqələrdən narahatdır və öz mövqeyini Azərbaycan tərəf bildirir. Düşünürəm ki, Azərbaycan rəsmilərinin bir-birinin ardınca Tehrana səfəri zamanı bu məsələ gündəmdə olan başlıca mövzulardan biri olub.

İran bölgə ölkələrinin əlaqələrinin güclənməsini istəyir, amma kənar qüvvələrin regiona təsir etmək cəhdlərinə qarşıdır. Bu mənada, İran və Azərbaycan arasında dostluğun möhkəmlənəcəyinə inanıram.