Şirin Ebadinin Ermənilərin “haqq səsi” nin dünya ya çıxartması cəhdi və bununla paralel olaraq İranda boğulan türkün səsi..

("Biz Sizin səsinizi dünya ya çatdıracayığ” bu açıqlamanın müəllifi əslən Azərbaycan türkü olan, Nobel mükafatı laureatı Şirin Ebadi bu yaxınlarda Ermənistanda keçirilən beynelxalq hüquq müdafiəçilərinin konfransında çıxış edərkən 2008 ci il mart hadisələrinə görə həbs edilən siyasi məhbusların hüquqlarının qorunması ilə bağlı  deyib...) - world dunya harita politika
20:58
20:58
Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzi

(“Biz Sizin səsinizi dünya ya çatdıracayığ” bu açıqlamanın müəllifi əslən Azərbaycan türkü olan, Nobel mükafatı laureatı Şirin Ebadi bu yaxınlarda Ermənistanda keçirilən beynelxalq hüquq müdafiəçilərinin konfransında çıxış edərkən 2008 ci il mart hadisələrinə görə həbs edilən siyasi məhbusların hüquqlarının qorunması ilə bağlı  deyib…)

Bir vaxtlar İranın məşhur hüquq müdafiəcisi, əslən azərbaycan türkü olan Şirin Ebadi Nobel mükafatına laiq görüləndə dünyada yaşayan Azərbaycan türkləri və özünü türk kimi düşünən insanların sevincinə səbəb oldu. Nəhayətki, insanlarda belə bir xoş əhval ruhiyyə yarandakı hazırda Güney Azərbaycanda milyonlarla haqq səsi pozulan, ana dilində təhsil almaq üçün mücadilə aparan insanlarımızın səsi dünyada daha inamla eşidiləciyini və İranda rejimin boğduğu səslərə beynelxalq arenadan dəstək gələcəyini düşünürdük. Ancaq sonrakı hadisələr göstərdi ki, belə düşünməyimiz yanlışdır.

Şirin Ebadi beynelxalq aləmdə tanınandan sonra bir dəfədə olsun bir türk övladı kimi Güney Azərbaycan və ya Qarabağ məsələsi ilə bağlı  nə bir fikrinə, nədə ki, milli məsələlərə yaxın heç  bir açıqlamasını görmədik. Nəzərə almaq lazımdır ki, onun Dağlıq Qarabağ və ya Güney Azərbaycanla bağlı açıqlaması beynelxalq arenada səs-küy yarada və məsələnin diqqət mərkəzinə saxlanılmasına kömək edə  bilər. Bugün Şirin Ebadinin dünya mediasına çıxışı adı insanlardan qat-qat genişdir və onun hər bir açıqlaması dünyanın aparıcı media orqanlarında yer alır.

Əgər, Şirin Ebadi Ermənistanda insan hüquqlarının pozulmasından danışırsa- Bəs, nə üçün Azərbaycanda bir milyondan çox  qaçqının taleyindən danışmır… Budurmu, insan hüquqlarının keşiyində durmaq?! Hansı səsdən danışmaq olar ki, o səslər neçə-neçə Xocalıda ah-nalə içində öldürülən körpələrin səsinin yanında heçnədir və ana-bacılarımız öldürülərkən onların səsinə səs verən olmadı.

Ancaq, Şirin Ebadidən fərqli olaraq İran Azərbaycanlıları Hüquqları Müdafiəsi Komitəsinin sədri Faxta Zamani neçə illərdir ki, İranda türklərin başına gətirilən hadisələrin əsl mahiyyətini yaşadığı Kanada dövlətində  bu haqda qəzetlərə müsahibələr verir  və elmi-tarixi və informasiya tipli yazılarla çıxış edib- məsələnin əsl mahiyyətini beynelxalq içtimaiyyətə diqqətinə çatdırır.

Ola bilər ki, Şirin Ebadi bu məsələlərin həllini İranda demokratiyanın, liberal dəyərlərin qurulmasıda görür. İlk öncə onu deyək ki, bu mümkün olan bir şey deyil.  İranda son 80 ildə baş verən içtimai-siyasi və sosial-mədəni dəyişiklərdə göstərdi ki, bu ölkədə demokratiya, insan hüquqlarının qurulması ideyası altında türklər əzilir, iranizm, farsçılığ ideyalarına demokratiya donu geyindirib türklərin milli düşüncəsini əritməklə məşğuldurlar.  Xüsusi ilə din pərdəsi altında həmin siyasət davam etməkdədir və özüdə bu  çox iyrənc bir formada müşahidə olunur.

Maraqlıdır ki, Şirin Ebadi müdafiə etdiyi şəxslərin Qərbi Azərbaycanda, Şuşada, Laçında, Füzulidə,Ağdam, Xocalıda minlərlə insanı öldürüldüklərini bilirmi?! Biz istərdik ki, Şirin Ebadi rejimin ekoloji siyasətinə etiraz olaraq qədim Urmu gölünün qurudulması ilə bağlı açıqlamalar versin. Öz millətinə  məxsus, tarixi mədəni abidələr dağıdılır və yerlə yeksan edilir. Bu gün ermənilərin belə tanınmış, heç erməni dilini bilməyən insanlarıda “Böyük Ermənistan” ideologiyasnın həyata keçməsi yolunda var dövlətlərini xərcləyirlər. Ancaq bizdə isə təəssüflər olsun ki, Şirin Ebadi kimi insanlarımızı bunu dərk etmək istəmirlər.

Okumaya devam et  OAB Yolunda İlk Adımlar

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir